İnsanlara hürriyət, millətlərə istiqlal!

Toylarda bu qidaları yeməyin – Həkimdən XƏBƏRDARLIQ

“15 ildir ki, həyəcan siqnalı çalıram. Lakin insanlar düzgün qidalanmaya diqqət etmirlər. Son vaxtlar toylarda artan zəhərlənmələrin səbəbi təbii ki, illərlə mövcud olan qidalanma qaydalarımızdır”.

Bu sözləri Musavat.com-a açıqlamasında həkim-diyetoloq Leyla Zülfüqarova deyib.

LEYLA SON.jpg (75 KB)

O bildirib ki, zəhərlənmələrin artmasının səbəbi toylarda həddindən artıq qidaların verilməsidir:

“Bizim mətbəximiz zəngindir. Toylarda isə hər kəs ən gözəl, zəngin süfrəni açmaq istəyir. Bu da həddindən artıq qida qəbuluna, zəhərlənməyə gətirib çıxarır. Qonaqlar bir-birini sevməyən tərkibli qidaları eyni anda qəbul edir.

İnsanlar deyə bilər ki, biz illərlə dədə-babalarımızdan belə görmüşük, heç bir problem olmayıb. Necə ola bilər ki, indi olur? Baxın, məsələ o yerdədir ki, indiki qlobal həyat tərzinin özü ilə bizim həyatımıza daxil olan, bir sıra ciddi problemlər yaradan qidalar var.

Biz əvvəllər çox qidalansaq da, oradan bir səhv tərkib qazanırdıqsa, indi çox qidadan çox səhv tərkibləri qazanırıq. Bu zaman orqanizmə ziyan verə bilən maddələrin allergik reaksiyaları ilə qarşılaşırıq.

Süfrələrə növ-növ salatlar düzülür. O salatlar günlər öncədən hazırlanır.

Ekoloji vəziyyət bu gün yerində deyil. Havada uçuşan asıcı maddələr, toksik maddələr var ki, onlar da qidanın tərkibinə hopurlar və qida öz keyfiyyətini tez itirir. Zəngin tərkibli qidaları üst-üstə qəbul etdikdə bunu orqanizmimiz metabolizmadan keçirə bilmir.

Soyuq salatlar, ardınca ət qrupu qidalar, aş və şirniyyatı yeyirlər. Sağlam qidalanmada isə bir ət növü bir gündə yeyilməlidir. Şirin, rəngli içkilər, sular orqanizmə zərərlidir. Qazlı içkilərdən sonra təkrar qida qəbulu zəhərlənməyə gətirib çıxarır. Bütün bunlar orqanizm üçün fövqəladə haldır. Toyda mayonezsiz bir salat və ət növü qəbul edilsə, qazlı sulardan və çaydan imtina edilsə, insanlar daha gümrah hiss edər, zəhərlənmələrin qarşısı alınar.

Toy süfrəsində birlikdə yeyilməməsi tövsiyə olunan bəzi qida kombinasiyaları:

1. Balıq + Süd/Yoqurt

Səbəb: Həzm problemi yarada bilər, bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər.

Alternativ: Balıq varsa, yanında limonlu, zeytun yağlı salatlar təqdim edin.

2. Qırmızı ət + Duzlu pendir

Səbəb: Hər ikisi yüksək natrium ehtiva edir. Təzyiq və böyrək problemi olanlar üçün təhlükəlidir.

Alternativ: Ətin yanında tərəvəz salatları və ya turşular verilsin.

3. Meyvə + Şirniyyat

Səbəb: Meyvə mədədə daha tez həzm olunur, şirniyyatla birlikdə yeyildikdə köp, diskomfort yarada bilər.

Alternativ: Meyvəni şirniyyatdan sonra bir az fasilə ilə təqdim etmək daha yaxşıdır.

4. Turşu + Ayran

Səbəb: Hər ikisi mədəni asidləşdirir, qaz və mədə narahatlığı yarada bilər.

Alternativ: Turşularla birlikdə su və ya təmiz içkilər daha uyğundur.

5. Şirin içki (kompot, kola və s.) + Piroq və ya tort

Səbəb: Həddindən artıq şəkər yüklənməsi olur, insulin səviyyəsini ani qaldırır”.

Könül İbrahim
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR