Onlayn ictimai-siyasi qəzet
Nyu-York münsiflər heyəti Nyu Cersi ştatının keçmiş senatoru Robert Menendezin həyat yoldaşı 58 yaşlı erməni Nadin Menendezi (Arslanyan) bütün 15 maddə üzrə təqsirli bilib.
İttihamlara rüşvət və ədalət mühakiməsinə mane olmaq daxildir.
Hökm, siyasi təsir müqabilində nağd pul, qızıl külçələr və bahalı hədiyyələr almaqla bağlı illərlə davam edən korrupsiya sxeminin istintaqı çərçivəsində çıxarılıb.
Nadine Menendez əri ilə birlikdə 2023-cü ilin sentyabrında ittiham olundu, lakin onun məhkəməsi səhhətindəki problemlərə görə təxirə salındı.
Məhkəmə zamanı prokurorlar Nadinin ərinin korrupsiya sxemində əsas rol oynadığına dair sübutlar təqdim ediblər. Prokurorlar onun Robert Menendesi “Misir və Qətər hökumətlərinə rüşvət verən iş adamları” ilə bağlayan “aralıq” rolunu oynadığını bildiriblər, New York Post yazır.
Bunun müqabilində siyasətçi Senatın Xarici Əlaqələr Komitəsinin sədri kimi nüfuzlu vəzifəsindən istifadə edərək, “Misirə 300 milyon dollarlıq hərbi yardımın dondurulması üçün həmkarlarını lobbi edib”.
Xatırladaq ki, Robert Menendez artıq 2024-cü ilin iyulunda təqsirli bilinib və 11 il həbs cəzası alıb. Nadini də uzunmüddətli həbs gözləyir. Onun əri anti-Azərbaycan çıxışları ilə yadda qalan, erməni lobbisindən qidalanan biri idi./Tribunainfo.az
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ