İnsanlara hürriyət, millətlərə istiqlal!

Simonyan sülh sazişi ilə bağlı sualdan QAÇDI 

“Əgər biz sülh sazişinin əks olunduğu sənədlə tanış olduqdan sonra dövlət sirrini ehtiva edən məlumatların yayılmasını təşkil etmişiksə, o zaman cəzalandırılmalıyıq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli müxalifətçi deputat Artur Xaçatryan tərəfindən səslənib.

Erməni mediasının yazdığına görə, bu gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini Andranik Simonyan yerli müxalifətin hansı səbəbdən sülh sazişi ilə tanış ola bilmədiyi sualına aydınlıq gətirməyib.

Simonyan bununla bağlı şəxsinə ünvanlanan sualları “hipotetik” adlandırıb:

“Qanunvericilik yalnız müəyyən şəxslərə dövlət sirri olan məlumatlarla məşğul olmağa imkan verir. Daha çox şey deyə bilmərəm, çünki sualınız hipotetikdir”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR