Onlayn ictimai-siyasi qəzet
Yeni mövsümdən iddialı olmağı hədəfləyən “Neftçi” baş məşqçi dəyişikliyinə hazırlaşır. Məlum olduğu kimi, “ağ-qaralar” Türkiyənin tanınmış mütəxəssislərindən biri olan Sərgən Yalçınla danışıq aparır. Danışıqların yekunlaşmaq üzrə olduğu deyilir.
Musavat.com Publika.az-a istinadən xəbər verir ki, Türkiyədən öz məşqçilər korpusu ilə Bakıya gəlməyə hazırlaşan Sərgən Yalçının “Neftçi”dəki illik maaşı 1 milyon avro (25,8 milyon tl) olacaq. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir. Sərgənin köməkçilərinin də məvacibi kifayət qədər yüksək olacaq.
Maraq üçün qeyd edək ki, 2021-ci ildə “Beşiktaş”la Türkiyə çempionu olan Yalçının İstanbul təmsilçisindəki illik məvacibi 6 milyon TL olub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ