Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Ukrayna ilə birbaşa danışıqlara hazırlıq siqnalı məhz Kiyevdən gəlməlidir.
Musavat.com xəbər verir ki, Peskov bu barədə verdiyi açıqlamada Moskvaya hələlik belə bir təşəbbüsün çatmadığını vurğulayıb.
Peskov əlavə edib ki, ABŞ-ın Ukrayna məsələsini sülh yolu ilə həll etmək səyləri davam edir və Rusiya dəfələrlə özünün sülh prosesinə hazır olduğunu bəyan edib.
Ukrayna prezidenti Volodimir Zelenskinin Ukrayna Silahlı Qüvvələrinin Kursk yaxınlığında olması ilə bağlı açıqlamalarına toxunan Peskov, vəziyyətə Prezident Vladimir Putinin təqdim etdiyi məlumatlar əsasında yanaşmağı tövsiyə edib.
Bundan başqa, Peskov bildirib ki, lazım gəldiyi təqdirdə Rusiya, Şimali Koreyaya (KXDR) iki ölkə arasında imzalanmış müqaviləyə uyğun olaraq yardım etməyə hazırdır.
Onun sözlərinə görə, hazırda Putinlə KXDR lideri arasında yeni bir görüş planlaşdırılmır.
Peskov həmçinin bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Donald Tramp arasında yeni bir telefon danışığı da hələlik planlaşdırılmayıb, lakin ehtiyac yaranarsa, bu əlaqə tez bir zamanda təşkil oluna bilər.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ