Onlayn ictimai-siyasi qəzet
1962-ci ildə Braziliya yığması ilə dünya çempionu, "İnter"lə dördqat İtaliya çempionu olmuş Jair da Kosta 84 yaşında vəfat edib.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının Mətbuat Xidməti məlumat yayıb.
Jair karyerasının böyük hissəsini İtaliyada keçirib, "İnter" və "Roma"da oynayıb.
Hücumçu millinin heyətində cəmi bir yoldaşlıq oyunu keçirib, lakin 1962-ci ildə dünya çempionatının qalibi olan komandanın üzvü olub.
"İnter"lə braziliyalı 1963, 1965, 1966 və 1971-ci illərdə İtaliya çempionu olub və iki dəfə avrokubok (indiki Çempionlar Liqası) qazanıb. Ümumilikdə Jair Milan komandasının heyətində 260 oyun keçirib və 1965-ci ildə əsas Avropa Kubokunda qələbə qolu da daxil olmaqla 69 qol vurub.
28 Aprel 2025
27 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ