Onlayn ictimai-siyasi qəzet
Çin 10 yeni nüvə reaktorunun tikintisini təsdiqləyib və onilliyin sonuna qədər nüvə istehsalı baxımından ABŞ-ı keçə bilər.
Musavat.com xəbər verir ki, “Bloomberg” agentliyinin verdiyi məlumata görə, Çin nüvə enerjisi sahəsində liderliyə doğru inamlı addımlar atır. Ölkə hakimiyyəti ümumi dəyəri 27 milyard dollar olan daha 10 yeni nüvə reaktorunun işə salınmasını təsdiqləyib.
Bu, dördüncü ildir ki, Pekin ən azı on belə layihəni təsdiqləyir. Hazırda Çində eyni vaxtda 30 obyekt tikilir və onilliyin sonuna qədər ölkə istehsal olunan nüvə enerjisinin həcminə görə dünyada birinci yeri tutacağını gözləyir.
Beləliklə, Çin ən strateji əhəmiyyətli enerji sektorlarından birində hazırkı dünya lideri ABŞ-ı geridə qoya bilər.
Musavat.com
28 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ