İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp Krımı Rusiyaya verir, Ukrayna ordusu AYAĞA QALXDI: prezidentə SƏRT TƏLƏBLƏR

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, ukraynalı həmkarı Volodimir Zelenski Rusiya ilə Krımın verilməsini nəzərdə tutan sülh sazişi bağlamağa hazırdır. Teleqraf xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb. Tramp Vatikanda keçirilən görüşdə tərəflərin işğal olunmuş yarımada ilə bağlı məsələni müzakirə etməyə nail olduğunu bildirib. Jurnalistlər Zelenskinin Rusiyanın 2014-cü ildə ilhaq etdiyi ərazilərdən imtina etməyə hazır olub-olmadığını soruşduqda, ABŞ prezidenti belə cavab verib:

“Mən belə düşünürəm. Gəlin görək yaxın günlərdə nə baş verəcək. Krım barədə mənimlə yox, Obama və Baydenlə danışın”.

Krım 2014-cü ildə, Barak Obama ABŞ prezidenti olarkən Rusiya tərəfindən ilhaq edilib.

Tramp həmçinin bildirib ki, Roma Papası Fransiskin dəfn mərasimində Zelenski ilə görüşü yaxşı keçib:

“O, sakitləşib, məncə, mənzərəni başa düşür, sövdələşmə etmək istəyir”.

Amma hazırda Ukraynanın daxilində də müzakirələr intensivləşib. Belə ki, ordunun Zelenskinin mümkün razılaşma ehtimalına sərt etirazı var. Ukrayna Silahlı Qüvvələrinin batalyon komandirləri səviyyəsində prezident Zelenskiyə etirazlar səsləndirilir. Onlar prezidenti bu cür təslimçi sülhə imza atmamağa səsləyirlər. Bu etirazın üsyan halına çatacağı və ordu ilə Zelenskinin üz-üzə gələcəyi gözlənilir.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyəcəksiz. Qonağımız Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun mətbuat katibi Qalib Osmanlıdır. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

https://www.facebook.com/tvmusavat

https://www.youtube.com/@musavattv

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR