Onlayn ictimai-siyasi qəzet
Qarabağdakı separatçılar elan etdikləri kimi bir həftə sonra deyil, daha erkən “addımlar ata” bilərlər.
Bu barədə separatçıların saxta “dövlət naziri” Qurgen Nersisyan bildirib. “Vəziyyət hər saat dəyişir və elə durum yarana bilər ki, bir həftə gözləmək mümkün olmaya bilər”, – o qeyd edib.
Bununla belə, separatçı konkret hansı addımların nəzərdə tutulduğunu yenə də açıqlamayıb. Qeyd edək ki, bir qədər əvvəl Qarabağdakı separatçıbaşı Araik Arutyunyan beynəlxalq istimaiyyətin tədbir görməyəcəyi təqdirdə hansısa “sərt tədbirlərə əl atacaqlarını” açıqlayıb. O, daha sonra aclıq aksiyası keçirməyin də mümkünlüyündən bəhs edib.
Bu və gündəmdəki digər xəbərləri aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişindı tanımış jurnalist-ekspert Fuad Abbasovla müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.
Facebook səhifəsinin ünvanı:
https://www.facebook.com/TVmusavat
Youtube səhifəsinin ünvanı:
https://www.youtube.com/user/TVmusavat
03 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ