Onlayn ictimai-siyasi qəzet
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi vətəndaşın şikayəti ilə bağlı Musavat.com-un ünvanladığı sorğuya cavab verib.
Xatırladaq ki, "30 ildir diplomunu ala bilmir – 52 yaşlı qadının ümidləri Agentliyin qapısında qalıb" yazısında ( https://musavat.com/news/30-ildir-diplomunu-ala-bilmir-52-yasli-qadinin-umidleri-agentliyin-qapisinda-qalib_1163969.html ) detalları açıqlamışdıq.
İllərdir diplomunu ala bilməyən vətəndaş Rəna Qocamanova qeyd edib ki, süründürməçiliklə üzləşib.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən sorğumuza cavab olaraq bildirilib:
"Rəna Şahmar qızı Qocamanovanın Bakı 2 nömrəli Baza Tibb Məktəbinə köçürüldüyü əmrlə onun istehsalat təcrübəsinə buraxılma və kursdan-kursa keçirilmə əmrlərinin tarixləri arasında fərqlər olduğu üçün ona diplom blankının verilməsi məqsədəuyğun hesab olunmayıb.
Əlavə olaraq bildiririk ki, Rəna Qocamanova hüquq və maraqlarını qorumaq və təmin etmək məqsədilə məhkəmə orqanlarına müraciət edə bilər".
Afaq Mirayiq,
Musavat.com
03 May 2025
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ