İnsanlara hürriyət, millətlərə istiqlal!

SENSASİYA! İran dronlarını ingilislər hazırlayıb

“The Telegraph” ŞOK sayılacaq xəbər yayıb

Böyük Britaniyanın 11 universiteti İranın "qatil dronlarının” hazırlanmasına yardım etməkdə ittiham olunur. Britaniyanın dünya şöhrətli Kembric universiteti də bu sırada yer alır. Böyük Britaniyanın “The Telegraph” qəzeti bu məsələ ilə bağlı geniş məqalə ilə çıxış edib.

Nəşr bildirir ki, Britaniya rəsmən İrana hərbi texnologiya ixracını, hətta həm mülki, həm də hərbi məqsədlər üçün istifadə oluna bilən “ikili istifadə” texnologiyasını qadağan edir.



Britaniya hökuməti bu yaxınlarda Ukraynada istifadə olunan kamikadze dronları Rusiyaya tədarük edən iranlılara qarşı da yeni sanksiyalar tətbiq edib.
Bununla belə, aparılan araşdırma nəticəsində məlum olub ki, Böyük Britaniyadakı tədqiqatçılar İran rejiminə pilotsuz təyyarə proqramında və döyüş təyyarələrində istifadə oluna biləcək mürəkkəb texnologiyanın yaradılmasında kömək ediblər.

sa.png (77 KB)

Əsas tədqiqatlar Kembric Universiteti, London İmperial Kolleci, Qlazqo Universiteti, Krenfild Universiteti və Northumbria Universitetinin alimləri tərəfindən aparılıb.

sahed2.png (225 KB)

Tehran tərəfindən maliyyələşdirilən bir layihədə Böyük Britaniyadakı tədqiqatçılar yüksəklik, sürət və məsafəni artırmaqla pilotsuz təyyarələrin mühərriklərini təkmilləşdirməyə çalışıblar. Digər bir Britaniya universiteti hərbi uçağın “manevr qabiliyyətini və cavab müddətini” artırmaq üçün reaktiv mühərriklər üçün yeni idarəetmə vasitələrini sınaqdan keçirmək məqsədi ilə iranlı tədqiqatçılarla birlikdə çalışmışlar.

sahed.png (457 KB)

Bu işlə bağlı məsul şəxslərdən bir deyib ki, tamamilə mümkündür ki, bu əməkdaşlıqlar İran daxilində gender aparteidinə və onun Yaxın Şərqdə düşməncəsinə müdaxiləsi və zorakılığına kömək edir. Hətta bu tədqiqatlar Ukraynada mülki əhalinin qətlinə də şərait yaradıb.

sahed1.png (237 KB)

Böyük Britaniya-İran layihələri İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyi tərəfindən dəstəklənib. Departamentdə keçmiş nazir Kamran Daneshjoo və hazırkı nazir müavini Məhəmməd Nuri Böyük Britaniyanın sanksiyalar siyahısındadır...

Elbəyi Həsənli, Sürix
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR