İnsanlara hürriyət, millətlərə istiqlal!

Şəmkir icra başçısı şəhidin dəfnində iştirak etməyib? - FOTO

Sosial şəbəkələrdə Şəmkir rayon icra başçısının şəhid Anar Kazımovun dəfnində iştirak etməməsi ilə bağlı xəbərlər yayılıb.

Musavat.com Axar.az-a istinadən xəbər verir ki, İcra Hakimiyyətinin rəsmin saytında yayılan fotolarda icra başçısı Rəşad Tağıyev və İH nümayəndələrinin dəfnə qatıldığı görünür. R.Tağıyev dəfn mərasimində çıxış da edib və şəhidimizin ailəsi ilə birgə olub.

Qeyd edək ki, erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Nəticədə müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Dəfn mərasimindən fotoları təqdim edirik:

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR