İnsanlara hürriyət, millətlərə istiqlal!

Səfər Mehdiyevin adı Gömrük Komitəsinin saytından çıxarıldı, yerinə kim gəlir? – Rauf Arifoğlu ilə “Canlı debat”

Şənbə günü Prezidentin sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsindən uzaqlaşdırılan Səfər Mehdiyevin adı nəhaət bu gün qurumun rəsmi saytındakı “Rəhbərlik” bölməsindən çıxarılıb.

Qeyd edək ki, sosial şəbəkələrdə və bəzi KİV-lərdə Səfər Mehdiyevin adının Dövlət Gömrük Komitəsinin saytından rəsmi sərəncam veriləndən sonra iki sutka ərzində çıxarılmamasına irad tutulmuşdu. Hazırda Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinin birinci müavin, gömrük xidməti general-leytenantı İsmayıl Hüseynov tərəfindən icra olunduğu bildirilir.

Səfər Mehdiyevin yerinə kim rəhbərliyə gətiriləcək? Sözügedən qurumda növbəti həbslər olacaqmı? Qazimizin intiharı ilə bağlı kimlərin cəzalanacağı gözlənilir?

Bu və gündəmdəki digər sualları bu gün saat 12.00-də Yeni Müsavat Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edəcək.


Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat


Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR