Onlayn ictimai-siyasi qəzet
Azərbaycanın beynəlxalq axtarışa verdiyi daha bir şəxs tutulub.
Musavat.com-un “Qafqazinfo”ya istinadən məlumatına görə, Salyan RPŞ tərəfindən barəsində ölkələrarası axtarış elan edilmiş 1985-ci il təvəllüdlü Vüsal Quliyev Rusiya ərazisində saxlanılıb. Onun Azərbaycana ekstradisiyası istiqamətində iş aparılır.
Bildirilir ki, V.Quliyev oğurluq əməlində ittiham edilir. Onun barəsində Salyan RPŞ-də Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə iş açılıb.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ