Onlayn ictimai-siyasi qəzet
Türkiyə Super Liqasında 3-cü turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, "Adana Demirspor" hazırda "Beşiktaş"ı qəbul edir. Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin adı isə bu oyunun iştirak ərizəsinə daxil edilməyib.
Buna səbəb isə bu qarşılaşmanın vaxtının ertələnməsi və oyunun əvvəlki tarixində baş tutmalı olduğu dövrdə "Şah"ın Türkiyə klubuna transfer olunmamasıdır. Belə ki, Məhəmmədəliyev AD-nin sıralarına sentyabrın 8-də qoşulub.
Bu səbəbdən də 29 yaşlı "əlcək sahibi" matçı kənardan seyr edir.
Qeyd edək ki, ilk hissəsi başa çatan oyunda "Adana Demirspor" "qara qartallar"ı 2:0 hesabıyla məğlub edir.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ