İnsanlara hürriyət, millətlərə istiqlal!

Almaniya rəsmisi SEPAH-ın HƏDƏFİNDƏ

Avropa Parlamentində İranla əlaqələr üzrə nümayəndə heyətinin rəhbəri Hanna Nyuman SEPAH ilə əlaqəsi olan hakerlər tərəfindən kiberhücuma məruz qaldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Azad İran" telegram kanalı məlumat yayıb.

Nyumanın sözlərinə görə, o, yanvar ayında hakerlərin hədəfinə çevirilib. Hakerlər onun ofis işçiləri ilə mesajlar, telefon zəngləri və elektron poçt ünvanı vasitəsilə əlaqə saxlayıblar. Daha sonra isə zərərli proqramdan istifadə edərək, şəxsi kompüterlərinə kiberhücum ediblər.

Almaniya rəsmisi qeyd edib ki, SEPAH onu susdurmağa çalışıb. Kiberhücumun arxasında isə SEPAH-a bağlı olan APT42 adlı haker qrupunun olduğu vurğulanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR