Onlayn ictimai-siyasi qəzet
“WhatsApp” silinmiş mesajlarla bağlı iki yeni funksiyanı test edir.
Musavat.com bu barədə NTV-ə istinadən xəbər verir.
Məlumata görə, bu yeniliklər istifadəçi təcrübəsini və qrup söhbətlərində nizamı yaxşılaşdırmağı hədəfləyir.
“Android” cihazlar üçün beta versiyada cavab sistemi dəyişdirilib — cavablar indi birbaşa həmin mesaja bağlı şəkildə alt başlıq kimi görünəcək. Bu xüsusilə böyük qruplarda mövzuların izlənməsini asanlaşdıracaq.
“iOS” üçün test edilən digər funksiya isə silinmiş mesaja verilən cavabların da avtomatik silinməsini təmin edəcək. Yeniliklərin tezliklə bütün istifadəçilərə təqdim olunacağı gözlənilir.
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ