İnsanlara hürriyət, millətlərə istiqlal!

Terror aktı regionu ALOVLANDIRDI - Sərhədlər bağlandı, müqavilələr donduruldu...

Hindistan Pakistan tərəfdarı terrorçuların aprelin 22-də Cammu və Kəşmirin ittifaq ərazisində 26 nəfərin ölümünə səbəb olan hücumu ilə əlaqədar Pakistan hökumətinin "X" hesabına girişi bağlayıb.

Musavat.сom xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Nəşr yazır ki, Hindistan təhlükəsizlik qüvvələri hücumu həyata keçirən silahlı ekstremistlərin tapılması əməliyyatını davam etdirir. Cümə axşamı Kəşmirin Udxampur bölgəsində terrorçularla baş vermiş atışma zamanı Hindistan ordusunun xüsusi təyinatlı əsgəri həlak olub.

Çərşənbə günü Hindistan hökuməti Pakistanla münasibətlərdə bir sıra sərt addımlar atıb. Belə ki, Hindistan İslamabaddakı səfirliyindəki diplomatik heyətin sayını təxminən iki dəfə azaltmaq qərarına gəlib. Eyni zamanda, ölkədəki Pakistan səfirliyinin hərbi məsləhətçilərini “arzuolunmaz şəxs” elan edib, iki ölkə arasında yerləşən əsas “Attari” sərhəd buraxılış məntəqəsini bağlayıb və 1960-cı ildə imzalanmış Hind çayı suları ilə bağlı razılaşmanın icrasını dayandırıb.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR