Onlayn ictimai-siyasi qəzet
Tanınmış vəkil, iqtisadçı ekspert Əkrəm Həsənov bank kartlarından pul oğurluqları ilə bağlı Mərkəzi Bankda müzakirə aparıldığını açıqlayıb.
Musavat.com xəbər verir ki, Əkrəm Həsənov özünün sosial şəbəkə hesabında aparılan müzakirələrlə bağlı fikirlərini bölüşüb.
"Mərkəzi Bankın sədrinin 9 iqtisadçı ekspertlə ənənəvi görüşü keçirildi. Həmişəki kimi açıq müzakirə oldu. Həmişəkindən bir qədər gərgin. Fikir ayrılıqlarına baxmayaraq, 30-dan çox sual ətrafında konsturktiv müzakirələr oldu: pul siyasəti, manatın məzənnəsi, valyuta hərracları, kartlardan oğurlanan pullar və s. Mənim üçün çox xoş məqam oldu ki, Mərkəzi Bank təmərküzləşmənin qarşısını almaq üçün tədbirlər görür. Belə ki, məmurların maaşı və pensiyaların sırf iri banklar vasitəsilə ödənilməsinə son qoyulacaq. Yəni vətəndaş özü istədiyi bank vasitəsilə maaşını və pensiyasını ala biləcək (əslində, qanunla da bu belədir, amma riayət olunmur). İslam bankçılığı institutlarını da Mərkəzi Bank tədricən tətbiq etmək əzmindədir".
Əkrəm Həsənovun qeyd edib ki, ötən il Dövlət Vergi Xidmətinin rəhbəri də oxşar tədbir keçirib:
"Amma görüş belə səmimi alınmadı və ardı olmadı. Mərkəzi Bankın sədri isə ildə iki dəfə bu cür görüşlər keçirir və hər dəfə də bütün suallara dolğun cavablar verir. Razılaşdığımız və razılaşmadığımız məqamlar var, amma dialoqun olması müsbət haldır. Digər dövlət qurumlarına ibrət olsun. Yalandan formal ictimai şuralar yaratmaqla deyil ki..."
E.MƏMMƏDƏLIYEV,
Musavat.com
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ