İnsanlara hürriyət, millətlərə istiqlal!

Sahibə Qafarova Alen Simonyanla görüşəcək

Azərbaycan və Ermənistan parlamentlərinin spikerləri Sahibə Qafarova və Alen Simonyan oktyabrda Cenevrədə Parlamentlərarası İttifaqın (PAİ) 149-cu Assambleyası çərçivəsində regionda sülh səylərini müzakirə etmək üçün ikitərəfli görüş keçirəcəklər.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı PAİ -nin mətbuat katibi Tomas Fittssimons yayıb. O deyib ki, görüşün keçirilməsi ilə bağlı ilkin razılıq iki ölkənin parlament rəhbərləri arasında əvvəlki danışıqlar zamanı əldə olunub.

Məlum olduğu kimi, indiyə qədər iki belə görüş olub. Üçüncü görüşün dəqiq tarixi bəlli olmasa da, bu, oktyabrın 13-dən 17-dək Cenevrədə keçirilən Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində hər hansı bir gündə baş verə bilər.

Yayılan məlumatda bildirilir ki, görüşdə məqsəd regionda sülh səylərinə parlament diplomatiyasının elementini daxil etməkdir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR