İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukraynadakı komandanı ilə bağlı ilginc fakt- Milyonerdir  


Ukraynadakı rus qoşunlarının yeni komandanı, general Sergey Surovikinin həyat yoldaşı və uşaqlarının ümumi sahəsi təxminən 500 kvadratmetr, dəyəri təxminən 125 milyon rubl (təqribən 2 milyon 30 min ABŞ dolları) olan daşınmaz əmlaka malik olduğu ortaya çıxıb.

Musavat.com
xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “Verstka” qəzeti araşdırma nəticəsində məlumat yayıb.

Qəzetin informasiyasına əsasən, Rusiyanın Dövlət Qeydiyyatı, Kadastr və Xəritəçəkmə üzrə Federal Xidməti (Rosreyestr) bu əmlakın sahiblərini gizlədir. Əmlakın sahibi kimi sadəcə “Rusiya Federasiyası” sözləri yazılıb.

Araşdırma zamanı Surovikinin Novay Moskva bölgəsində, “Dubrovka” isimli lüks kottec qəsəbəsindəki səkkiz otaqlı evi aşkar edilib. Kottecin dəyəri ən azı 50 milyon rubl olaraq qiymətləndirilir. Həmçinin Surovikinlərin istifadəsində, Moskvanın Xoroşevski rayonunda 107,5 kvadratmetrlik bir mənzil var və onun dəyəri təxminən 46 milyon rubl təşkil edir. Bundan əlavə, general Surovikinin həyat yoldaşı paytaxtın Xoroşevo-Mnevniki rayonundakı “Serbaryaniy bereq” biznes səviyyəli yaşayış kompleksində təxminən 30 milyon rubl dəyərində mənzillərə sahibdir.

Ukraynadakı orduya rəhbərlik edən generalın ailəsinin başqa bahalı mülklərə sahib olduğu aşkarlanıb. Bunlardan biri Moskva vilayətində 27 sot ərazisi və dəyəri 109 milyon rubl olan torpaq sahəsidir. Həmin torpaq sahəsi Vladimir Putinə yaxın iş adamı Arkadi Rotenberqin malikanəsinə yaxın yerdə yerləşir. Burada general ailəsinin 685,5 kvadratmetrlik iki mərtəbəli malikanəsi varmış. Medianın məlumatına görə, ötən il Surovikinlər bu evi satıblar. Rieltorlar bunun üçün alıcılardan 189 milyon rubl istəyiblər.
Surovikinlərin son rəsmi bəyanatından belə çıxır ki, 2017-ci ildən 2019-cu ilə qədər general ümumilikdə 30,9 milyon rubl, həyat yoldaşı isə 19,7 milyon rubl qazanıb. 2019-cu ildən sonra Müdafiə Nazirliyi ordu rəhbərliyinin gəlirləri ilə bağlı bütün məlumatları məxfiləşdirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR