İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyalı müxalifətçi Vladimir Kara-Murzaya qarşı dövlətə xəyanət ittihamı ilə iş açılıb  

Rusiyada həbsdə olan müxalif siyasətçi və ictimai xadim Vladimir Kara-Murzaya qarşı daha bir cinayət işi açılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu dəfə o, dövlətə xəyanət ittihamı ilə üzləşib.

Gələn informasiyalara əsasən, istintaq Kara-Murzanın “uzun müddətdir ki, NATO ölkələrindən biri ilə əməkdaşlıq etdiyini” hesab edir. Digər təfərrüatlar barədə məlumat verilmir.

Vladimir Kara-Murza aprel ayından “Rusiya ordusu ilə bağlı yalan xəbərlər yaymaqda” ittiham olunaraq həbs edilib. O, Ukraynada müharibə başlayandan sonra Cinayət Məcəlləsinin bu maddəsi ilə tutulan ilk şəxslərdən biri olub. Vladimir Kara-Murza Putin rejiminin hədəfində olan “Açıq Rusiya” təşkilatının liderlərindən biridir.


Xatırladaq ki, Rusiyada “Kommersant” qəzetinin keçmiş jurnalisti İvan Safronov da bu yaxınlarda dövlətə xəyanət maddəsi ilə mühakimə olunub. O, 22 il müddətinə azadlıqdan məhrum edilib. Safronov özünü təqsirsiz hesab edir və həbsinin jurnalist fəaliyyəti ilə əlaqədar olduğunu söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR