İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadadan azərbaycanlı miqrantlara SƏRT ZƏRBƏ: qanun qəbul edildi, bundan sonra... – CANLIda

Rusiyanın Dövlət Duması miqrantlarla qondarma nikahlara qarşı mübarizə haqqında qanun qəbul edib. Bu barədə Aşağı Palata sədri Vyaçeslav Volodin "Telegram"da məlumat verib. Sənəd nikahdan və ya övladlığa götürdükdən sonra üç ildən gec olmayaraq əcnəbilər üçün yaşayış icazəsi almağı nəzərdə tutur. Bundan əlavə, qanun nikahın qondarma olduğu tanındıqda və ya şəxs valideynlik hüquqlarından məhrum edildikdə əvvəllər verilmiş icazələrin ləğvinə icazə verir. Qanun 407 səslə yekdilliklə qəbul edilib.

Hətta sənədin müzakirəsi mərhələsində Volodin rusiyalı təqaüdçüləri miqrantlarla əxlaqsızlığa sürüklənməməyə çağırıb. O, bəzi əcnəbilərin sürətləndirilmiş şəkildə Rusiya vətəndaşlığını əldə etməsinin mövcud təcrübəsini belə təsvir edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız siyasi ekspert-jurnalist Elşad Paşasoydur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR