Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Keir Starmer Avropa İttifaqı ilə Britaniya şirkətlərinə avropalı müttəfiqlərə milyardlarla funt sterlinq dəyərində silah satmağa imkan verən böyük ticarət razılaşmasını imzalamağa yaxındır.
Musavat.com The Times-ə istinadən xəbər verir ki, müqavilə imzalanarsa, Britaniya şirkətləri Aİ-nin yeni müdafiə fondu üçün 150 milyard avro dəyərində tenderdə iştirak edə biləcəklər.
Qəzet Britaniyanın baş nazirinin Brüssellə ticarət maneələrini yumşaltmağa çalışdığını vurğulayır.
Nəşr yazır ki, bu məqsədlə o, mayın 19-da Londonda Aİ-Böyük Britaniya sammiti keçirəcək.
Musavat.com
10 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ