Onlayn ictimai-siyasi qəzet
Amerikalıların prezident Donald Trampın fəaliyyətinə dəstəyi 42 faizə düşüb.
Musavat.com xəbər verir ki, müvafiq sorğunu "Ipsos" "Reuters" agentliyi üçün keçirib.
Əldə olunan nəticə Tramp Ağ Evə qayıtdıqdan sonra ən aşağı reytinqdir.
Respondentlərin 42 faizi Trampın dövlət başçısı kimi fəaliyyətini bəyənir, yarıdan çoxu – 53 faizi isə onun siyasətini dəstəkləmir.
Əvvəlki "Ipsos" sorğusunun nəticələrinə görə, Trampın reytinqi 43 faiz idi. Martın ikinci yarısında bu göstərici 45 faiz təşkil edib.
Agentlik populyarlığın aşağı düşməsini başqa şeylərlə yanaşı, Tramp administrasiyasının özünün çox liberal hesab etdiyi universitetləri təqib etməsi ilə əlaqələndirir: aprelin ortalarında ABŞ Təhsil Nazirliyi Harvard Universiteti üçün 2,2 milyard dollar qrantın və 60 milyon dollarlıq uzunmüddətli müqavilələrin dondurulduğunu elan edib.
Sorğu iştirakçılarının 59 faizi hesab edir ki, ABŞ beynəlxalq arenada nüfuzunu itirir. Rəyi soruşulanların təxminən dörddə üçü Trampın 2028-ci ildə üçüncü müddətə seçilməsini istəməzdi.
Sorğu aprelin 16-dan 21-dək aparılıb və 4300-dən çox ABŞ vətəndaşı iştirak edib. Nəticələrdə yanlışlıq payı 2 faiz bəndidir.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ