İnsanlara hürriyət, millətlərə istiqlal!

Harvard Universiteti Ağ Evi məhkəməyə verdi

Harvard Universiteti ABŞ prezidenti Donald Trampın administrasiyasını milyardlarla dollarlıq maliyyənin bloklanmasına görə məhkəməyə verib. Musavat.com xəbər verir ki, məlumatı tələbə qəzeti olan Harvard Crimson yayıb.

Məktəb ölkə rəhbərliyini “konstitusion hüquqlarını müdafiə etdiyinə görə Harvardın cəzalandırılması” üçün qanunsuz və konstitusiyaya zidd kampaniya aparmaqda ittiham edir. Qəzet bazar ertəsi Massaçusets məhkəməsində qaldırılan iddianın mətnindən sitat gətirir: "Harvard və digər universitetlərdən tələb olunan mübadilə aydındır: hökumətə məktəbinizi mikro idarə etməyə icazə verin və ya onun tibbi nailiyyətlər, elmi kəşflər və innovativ həllər əldə etmək qabiliyyətini təhlükəyə atırıq".

Harvard, 2,2 milyard dollarlıq maliyyələşdirmənin, eləcə də Tramp administrasiyasının Harvarda göndərdiyi məktublarda yer alan “qeyri-konstitusiya tələbləri” səbəbindən tutulan hər hansı vəsaitin dondurulması barədə qərarın ləğv olunmasını istəyir. Universitet hesab edir ki, maliyyə vəsaitinin dondurulması qurumu idarəetmə sistemini dəyişməyə, akademik proqramlarına və məşğulluq təcrübələrinə yenidən baxmağa məcbur etmək məqsədi daşıyır. Bu, söz azadlığını təmin edən Konstitusiyaya Birinci Düzəlişlə ziddiyyət təşkil edir.

The New York Times qeyd edir ki, iddiada cavabdeh qismində ABŞ Təhsil naziri Linda Makmahon, Baş Prokuror və ədliyyə katibi Pem Bondi, səhiyyə naziri Robert Kennedi və bir sıra digər rəsmilərin adları çəkilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR