Onlayn ictimai-siyasi qəzet
"Synergy Co" Qapalı Səhmdar Cəmiyyəti (QSC) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) çevrilir.
Musavat.com Trend-iə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq şirkətin nominal dəyəri 1 manat, miqdarı 2600, ümumi dəyəri isə 2600 manat olan adi adlı sənədsiz səhmi dövriyyədən çıxarılır.
Hazırda şirkətin dövlətə 894 725 manat vergi borcu var.
Qeyd edək ki, sözügedən şirkət 2009-cu ildə "Eskort" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) adı altında dövlət qeydiyyatına alınıb. 2021-ci ildə isə şirkət indiki adını - "Synergy Co" QSC - alıb. Nizamnamə kapitalı 2 600 manat olan QSC-nin qanuni təmsilçisi Qurbanov Rəşad Firdovsi oğludur.
21 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ