Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp həyat yoldaşı Melaniya ilə birlikdə Papa Fransiskin dəfn mərasimində iştirak edəcəklərini bildirib.
Musavat.com xəbər verir ki, məlumatı Tramp özünə məxsus Truth Social-da yerləşdirib: “Melaniya və mən Romada Papa Fransiskin dəfn mərasimində iştirak edəcəyik”.
Qeyd edək ki, “The New York Post” qəzeti ABŞ prezidentinin iş qrafiki ilə tanış olan mənbələrə istinadən Trampın pontifikin dəfn mərasimində iştirak etmək üçün Vatikana gedəcəyinə dair məlumat yaymışdı. Trampın özü əvvəllər dəfn mərasimində iştirak edib-etməyəcəyini jurnalistlərə söyləməkdə çətinlik çəkmişdi.
Musavat.com
22 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ