İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp varlı amerikalılardan 400 milyard dollar almaq istəyir

Amerikalı milyonçuların gəlir vergisinin 40 faizə qədər artırılması 10 il ərzində ABŞ xəzinəsinə təxminən 400 milyard dollar əlavə gəlir gətirə bilər.

Musavat.com xəbər verir ki, bu hesablamanı Bloomberg yayıb.

Agentliyin yazdığına görə, Yel Universitetinin Büdcə Laboratoriyası tədqiqat mərkəzi hesab edir ki, illik gəliri 1 milyon dollar və ya daha çox olan amerikalılar üçün vergiləri 40 faizə qaldırmaqla hökumət 420 milyard dollar əldə edə bilər. Tax Foundation tədqiqat mərkəzinin hesablamalarına görə isə, belə vergi artımı 10 il ərzində Amerika xəzinəsinə 358 milyard dollar əlavə edəcək. Hazırda ABŞ-da ən yüksək gəlir vergisi dərəcəsi 37 faiz təşkil edir.

Agentlik qeyd edir ki, bu cür vergi artımı ABŞ prezidenti Donald Trampın administrasiyasına respublikaçıların müdafiə etdiyi “çaypulu” vergisinin ləğvindən yaranan itkiləri ödəməyə kömək edəcək. Bu verginin ləğvi on il ərzində ABŞ hökumətinə təxminən 118 milyard dollara başa gələ bilər.

Aprelin əvvəlində Semafor portalı mənbələrə istinadən Trampın ölkənin ən varlı sakinlərinə vergilərin artırılması ideyasını nəzərdən keçirməyə hazır olduğunu bildirmişdi. Nəşr belə bir addımın respublikaçılara siyasi rəqiblərini Amerika fəhlə sinfinə verdiyi vədləri yerinə yetirməməkdə ittiham edən demokratların hücumlarına qarşı mübarizə aparmağa kömək edəcəyinə diqqət çəkib.

Keçən ilin iyunda Bloomberg xəbər vermişdi ki, Tramp prezident seçkiləri ərəfəsində varlı donorlardan dəstək almaq üçün varlı amerikalıların vergilərini azaltmağı vəd edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR