İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada miqrant ovu davam edir: Balaşixada 500 nəfər saxlanıldı, bəziləri orduya çağırıldı - DƏHŞƏTLİ VİDEO

Musavat.com xəbər verir ki, Moskva ətrafındakı Balaşixa şəhərində Rusiya hüquq-mühafizə orqanları genişmiqyaslı reyd keçirib.

"Rosqvardiya"nın yaydığı məlumata görə, keçirilən əməliyyat zamanı 500-dən çox miqrant saxlanılaraq yoxlanılıb. Yoxlama nəticəsində 150 nəfərin miqrasiya qanunvericiliyini pozduğu müəyyən edilib.

Hüquq-mühafizə orqanlarının məlumatında bildirilir ki, həmin şəxslərlə bağlı inzibati tədbirlər görülüb, bəziləri deportasiya üçün miqrasiya xidmətlərinə təhvil verilib.

Bundan başqa, reyd zamanı 35 xarici vətəndaşa hərbi uçota durmadıqları üçün çağırış vərəqələri təqdim olunub. Yeni qanunvericiliyə əsasən, Rusiya ərazisində müvəqqəti və ya daimi yaşayan miqrantların hərbi qeydiyyata durması məcburidir. Ekspertlər bu addımı Ukrayna müharibəsi ilə bağlı mobilizasiya prosesinə hazırlığın daha bir elementi kimi qiymətləndirirlər. 

Qeyd edək ki, son aylarda Rusiyada bu tip əməliyyatlar intensivləşib. Moskva, Sankt-Peterburq və digər iri şəhərlərdə minlərlə miqrant saxlanılaraq, həm sənədlərinə, həm də hərbi qeydiyyat durumlarına nəzarət gücləndirilib. Rusiya rəsmiləri bunun təhlükəsizlik və səfərbərlik planları çərçivəsində həyata keçirildiyini bildirirlər.

Musavat.com-a daxil olan məlumatlarda bildirilir ki, Azərbaycanlı miqrantlar və iş adamları da bu reydlərin hədəfindədir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR