Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniya ABŞ-la Ukrayna üçün Donald Trampın Qəzza zolağı ilə bağlı sülh planına bənzər sülh planı hazırlamağı təklif edir.
Musavat.com xəbər verir ki, məlumatı Axios yayıb. Nəşrin mənbələrinə görə, Zelenskinin Avropa liderləri ilə telefon danışığı zamanı Böyük Britaniyanın baş naziri Key Starmer Ukrayna üçün Trampın Qəzza zolağı ilə bağlı 20 bəndlik planına bənzər sülh planı hazırlamaq üçün ABŞ-la işləməyi təklif edib.
NATO-nun baş katibi Mark Rütte həftəsonu Avropanın milli təhlükəsizlik müşavirləri arasında təcili koordinasiya görüşünün keçirilməsini təklif edib.
Qeyd edək ki, Ağ Evdə Zelenski ilə görüşdən sonra Tramp da Avropa liderləri ilə telefon danışığı aparıb. Bu danışıqlardan sonra o, Truth Social-da Rusiya və Ukraynaya mövcud döyüş xəttində dayanmağa çağırış edib.
Musavat.com
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ