İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp fırıldaqçılığa görə həbs olunmuş konqresmeni əfv etdi

ABŞ prezidenti Donald Tramp 2023-cü ildə həbs olunmuş ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Corc Santosu əfv etdiyini açıqlayıb.

Musavat.com xəbər verir ki, o, bunu Truth Social hesabında edib: “Mən indicə onun cəzasının dəyişdirilməsi, Corc Santosu dərhal həbsdən azad edən sərəncam imzaladım”.

Aprel ayında NBC News xəbər vermişdi ki, Nyu York məhkəməsi Santosu fırıldaqçılıq və şəxsi məlumatların oğurluğu ittihamı ilə 87 ay həbs cəzasına məhkum edib.

2024-cü ilin avqustunda keçmiş konqresmen seçki kampaniyasının vəsaitlərini şəxsi məqsədlər üçün istifadə etməkdə təqsirli olduğunu etiraf etdi. O, həmçinin gəlirləri ilə bağlı Konqresə yalan məlumat verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR