Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı o, Ermənistanı da qeyd edib və hazırkı vəziyyətdən təəccübləndiyini gizlətməyib.
Musavat.com xəbər verir ki, Tramp danışıqlar zamanı keçmişdə bir çox münaqişələri həll etdiyini xatırladıb:
“Mən səkkiz münaqişəni həll etmişəm, o cümlədən Yaxın Şərqdə olanı. Mən düşünürdüm ki, bu (Rusiya ilə Ukrayna arasındakı) onlardan ən asanı olacaq”.
Tramp Putinin reaksiyasını da belə təsvir edib:
“O dedi ki, bu, inanılmazdır. Amma ən çox təəccübləndiyi məsələ Yaxın Şərqdə vəziyyəti nizamlamağımız oldu. O, bunu mümkün hesab etmirdi və bu məsələdə çox səxavətli idi”.
ABŞ lideri əlavə edib ki, Rusiya ilə Ukrayna arasındakı müharibə onun həll edəcəyi 9-cu münaqişə ola bilər.
Musavat.com
19 Oktyabr 2025
18 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ