İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada jurnalistləri həbs etdirən milyarderin adı bilindi

Rusiyada jurnalist Kseniya Sobçakın əməkdaşlarının həbsinin arxasında duran adam ortaya çıxıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, həmin şəxs Kremlə yaxınlığı ilə bilinən, Rusiyanın silah sənayesinin ən böyük şirkətlərindən biri sayılan “Rostex”in rəhbəri Sergey Çemezovun yaxın dostu, milyarder Vitali Maşitskidir. Bu adam RF Silahlı Qüvvələrini zirehli maşınlarla təmin edir, lakin indiyədək Qərbin sanksiyalarından yayınıb.

“Dosye” araşdırma mərkəzinin təsbitlərinə görə, biznesmen hazırda Qərbin sanksiyalarına düşməmək üçün özünü göstərməməyə çalışır. Maşitskinin Avropada böyük biznesi var: o, “Vimetco” adlı şirkəti vasitəsilə Rumıniyada bütün alüminium sənayesinə nəzarət edir, 2021-ci ildə xalis gəliri 1,3 milyard dollar olub.

Maşitskinin Rublyovkadakı (Moskva kənarında elitar bölgə - red.) evi Çemezovun qayınanasının yaşadığı yerə yaxındır. Milyarder və “Rostex” rəhbəri uşaqlıq dostları sayılır. Vitali Maşitski törəmə şirkətlər vasitəsilə “Rostex”ə daxil olan “Kamaz”ın 10 faizinə nəzarət edir. O, Rusiya ordusu üçün “Tayfun” zirehli maşınları verir. “Kamaz”lar isə “İsgəndər” raketlərini daşıyır. Maşitski həmçinin “Rostex” üçün Moskvanın Pokrovskoye rayonunda nəhəng yeni ofis mərkəzi inşa edib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR