İnsanlara hürriyət, millətlərə istiqlal!

Neymar keçmiş klubuna qayıdır

Ulduz futbolçu Neymar "Əl-Hilal" klubundan ayrılacaq.

Bu barədə "Fichajes" məlumat yayıb.

32 yaşlı forvardın "Əl-Hilal"la müqaviləsi 2025-ci il iyunun 30-da başa çatır. O, Səudiyyə Ərəbistanı təmsilçisi ilə müqaviləsini yeniləməyəcək.

Neymar 2025-ci ilin yayında azad agent kimi "Santos"a (Braziliya) qayıtmağa qərar verib.

Qeyd edək ki, Neymar 2023-cü ilin yayında PSJ-dən 90 milyon avroya "Əl-Hilal"a keçib. O, zədə səbəbindən komandada cəmi 5 oyun keçirib, 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Braziliyalı futbolçu "Santos"un yetirməsidir. O, 2009-2013-cü illərdə bu komandada oynayıb. O, "Santos"un heyətində 225 matçda 136 qol vurub və 64 qolun ötürməsini verib.//Qafqazinfo

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR