İnsanlara hürriyət, millətlərə istiqlal!

Həkim balanslı qidalanmanın detallarından DANIŞDI 

“Balanslı qidalanma uşağın gündəlik ehtiyac duyduğu müxtəlif qida maddələrinin qəbul edilməsini nəzərdə tutur”.

Musavat.com xəbər verir ki, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”un “Sağlam səhər” verilişində qonaq olan pediatr Aytəkin Əliyeva deyib.

Onun sözlərinə görə, bunun üçün müxtəlif qida qruplarının, o cümlədən zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineralların balanslı şəkildə olmasına diqqət yetirmək lazımdır:

“Uşaqlar üçün hər gün meyvə, tərəvəz, dənli bitkilər, süd məhsulları və proteindən zəngin qidaların istifadəsi vacibdir. Məsələn, səhər yeməyində yumurta, pendir və tam taxıl çörəyi, günorta yeməyində isə tərəvəz və toyuq salatı kimi balanslı yeməklər təqdim edilməlidir. Uşaqların gün ərzində müxtəlif rəngli tərəvəzlər və meyvələr yeməsi onların vitamin və mineral ehtiyaclarını qarşılayır.

Bununla yanaşı, yetərli miqdarda su içmək və şəkərli, yağlı qidalardan uzaq durmaq da balanslı qidalanmanın bir hissəsidir. Yağların təbii mənbələrdən, məsələn, qoz-fındıq kimi qidalardan alınması məsləhətdir.

Karbohidratların isə mümkün qədər təmiz dənli bitkilərdən və tam taxıllardan alınması uşağın enerjisini təmin edir”.

Pediatr zülalların uşaqların əzələ və toxumalarının inkişafı üçün vacib olduğunu qeyd edib:

“Buna görə də onların qidalanmasında balıq, toyuq və lobya kimi zülal mənbələri olmalıdır. Balanslı qidalanma uşağın sağlam böyüməsinə, enerji səviyyəsinin qorunmasına və immun sisteminin güclənməsinə kömək edir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR