İnsanlara hürriyət, millətlərə istiqlal!

Əsgər Akayev: “Eks-prezident statusu mənə ona görə lazımdır ki...”

Qırğızıstanın keçmiş prezidenti Əsgər Akayev “Nakta” kanalına müsahibəsində Joqorku Keneşin (ölkə parlamenti) onun eks-prezident statusunu bərpasından imtina etmək qərarını şərh edib.

Musavat.com vesti.kg saytına istinadla xəbər verir ki, Akayev heç kimin onu qanun çərçivəsində və konstitusiya əsasında eks-prezident statusundan məhrum etmədiyini bəyan edib.

“Qanuna və konstitusiyaya görə, heç kim məni eks-prezident statusundan məhrum etməyib. 2008-ci ildə Kurmanbek Bakiyev mənim eks-prezident statusumdan məhrum edilməyimlə bağlı məsələni parlamentə təqdim etdi, lakin deputatlar gizli səsvermədə buna qarşı çıxdılar”, - deyə Akayev bildirib.

O, həmçinin qeyd edib ki, maddi imtiyazlar naminə deyil, “xoş adını” bərpa etmək üçün eks-prezident statusunu bərpa etmək istəyir.

“20 il ərzində mən bir dəfə də olsun eks-prezidentin imtiyazlarından istifadə etməmişəm. İndi isə onlara ehtiyacım yoxdur. Ömrümün sonunda yaxşı adımı bərpa etmək istərdim. Buna görə də parlamentə müraciət etdim”, - deyə sabiq prezident bildirib.

Qeyd edək ki, ötən həftə Qırğızıstan parlamenti Əsgər Akayevin müraciətini rədd edib. Ölkə prezidenti Sadır Japarov isə Akayevin ölkə qarşısında xidmətləri olduğunu desə də, onun bağışlanmaz səhvlərə yol verdiyini bildirib.

Həmin “bağışlanmaz səhv”lərdən biri 2005-ci ildə Akayevin xalq üsyanını boğmağa cəhd etməsi və insan tələfatı ilə nəticələnən əmrlər verməsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR