Onlayn ictimai-siyasi qəzet
Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev 8 oktyabr 2024-cü il tarixində saat 09:30-da Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Yevlax rayonunun və Mingəçevir şəhərinin sakinlərini qəbul edəcək.
Nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.
Qəbula 7 oktyabr 2024-cü il tarixinə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Çağrı Mərkəzi” (1655) və elektron poçtu ([email protected]), 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda oktyabr ayı üzrə vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçiriləcək.
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ