İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu şəxslər terrorçu sayılır

Rusiyada 2024-cü ildə 3 mindən çox insan “terrorçu və ekstremist” kimi tanınıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə təxminən iki dəfə çoxdur.

2024-cü ildə “Rosfinmonitorinq” 3165 nəfəri “terrorçu və ekstremist fəaliyyətdə iştirak edən şəxslər” siyahısına əlavə edib.

2023-cü ildə 1,7 mindən çox insan “ekstremistlər və terrorçular” siyahısına daxil edilibmiş.

2024-cü ildə siyahıya əlavə edilən üç min nəfərdən iki mindən çoxu “terrorizm”, 900-ü isə “ekstremizm”lə əlaqəlidir. Siyahıya daxil edilənlərdən 160-dan çoxuna KİV-lə əməkdaşlıq etmək, internetdə material dərc etmək, kütləvi tədbirlər təşkil etmək, seçki proseslərində iştirak etmək, maliyyə xidmətlərindən istifadə etmək qadağan edilib. Siyahıya əsasən müharibə əleyhinə işlərlə məşğul olan şəxslər, jurnalistlər, yazıçılar, hüquq müdafiəçiləri, aktyorlar və ictimai xadimlər də daxildir. Burada Boris Akunin, Tatyana Lazareva, Yevgeniya Berkoviç, Artur Smolyaninov və başqaları yer alıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR