Onlayn ictimai-siyasi qəzet
Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunub. Amma pandemiya dövrünü uğurla başa vurmağımıza baxmayaraq həmin dövrdə vətəndaşlara yazılan inzibati cərimələrin tətbiqi hələki qüvvədədir.
Bəs icrası keçmiş cərimələr necə silinməlidir?
Musavat.com xəbər verir ki, əgər vətəndaşa 5 il öncə maskaya görə cərimə yazılıbsa, həmin cərimə silinməlidir. İnzibati Xətalar Məcəlləsinin 146.1-ci maddəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir.
İnzibati Xətalar Məcəlləsinin 145-ci maddəsində göstərilir ki, həmin qərarın icra müddəti keçirsə, icraata xitamı elə qərarı qəbul edən orqan verir. Bu qərar əgər polis orqanı tərəfindən verilibse, elə polis orqanı tərəfindən xitam verilməlidir.
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ