Onlayn ictimai-siyasi qəzet
2033-cü ildə keçiriləcək final da daxil olmaqla, UEFA Çempionlar Liqasının bir neçə oyunu ABŞ-da keçirilə bilər.
Musavat.com xəbər verir ki, məlumatı “The Independent” yayıb.
Məlumata görə, Avropa Futbol Assosiasiyaları İttifaqı ABŞ-ın “Relevent Sports” agentliyi ilə 2027-ci ildən etibarən Avropa kişi klubları yarışlarına qlobal kommersiya hüquqları ilə bağlı danışıqlar aparır. Bu danışıqların tərkib hissəsi olaraq Çempionlar Liqasının finalının 2033-cü ildə ABŞ-da keçiriləcəyi anlaşılır. Müqavilə imzalanarsa, “Relevent Sports” UEFA ilə 30 ildən çox işləyən, top rəngləri və Çempionlar Liqasının himni də daxil olmaqla, Çempionlar Liqasının brendinqinə cavabdeh olan “TEAM Marketing”dən bütün hüquqları təhvil alacaq.
“Relevent”ə uzun müddətdir Avropanın əsas klub oyunlarını ABŞ-a gətirmək planları olan milyarder, “Miami Dolphins”in sahibi Stiven Ross nəzarət edir.
Çempionlar Liqası Avropanın əsas klub turniridir.
1955/56 mövsümündən keçirilir və 1991/92 mövsümünə qədər Avropa Çempionlar Kuboku adlanırdı. Ən uğurlu iştirakçı isə 15 dəfə turnirin qalibi olan İspaniyanın “Real” komandasıdır.
Musavat.com
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ