Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) "Yenilikçi və İnkişaf Mükafatı"na layiq görülüb.
Musavat.com xəbər verir ki, mükafatın təqdim olunması məqsədilə ATGTİ-nin sədri Rəşad Zeynalov UNEC rektoru professor Ədalət Muradovla görüşüb.
Məzunu olduğu universitetdə olmaqdan məmnunluğunu ifadə edən Rəşad Zeynalov UNEC-in dövlət gənclər siyasətinə verdiyi töhfələrdən söz açıb, bu ali təhsil müəssisəsinin tələbə və məzunlarının ölkənin ictimai-siyası həyatında hər zaman önəmli rol oynadıqlarını diqqətə çatdırıb. Rəşad Zeynalov ATGTİ-nin gördüyü işlər və gələcək layihələr barədə məlumat verərək, UNEC-lə bu istiqamətdə birgə əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Rektor professor Ədalət Muradov UNEC məzunlarının uğurları ilə hər zaman qürur duyduğunu bildirərək, gənclərlə bağlı bütün təşəbbüslərə və ideyalara açıq olduğunu deyib. Həmçinin ATGTİ-nin bu istiqamətdə həyata keçirdiyi layihələrə universitet tərəfindən dəstək göstəriləcəyini vurğulayıb. UNEC-in tələbəmərkəzli universitet olması istiqamətində görülən işlərdən söz açan rektor, tələbələrin universitet idarəetməsində yer aldıqlarını, universitetdə 15 tələbə təşkilatının fəaliyyət göstərdiyini və tələbələrin təşəbbüsü ilə bu təşkilatların sayının ildən-ilə artdığını bildirib.
Rektor ATGTİ-ni UNEC-in start veridi “Elmin populyarlaşdırılması” və “Elm gözəldir: Məktəbdən elmə” layihəsinə qoşulmağa dəvət edib.
Sonda rektor Ədalət Muradova ATGTİ-nin tərkibində olan Tələbə Gənclər Təşkilatının davamlı və sistemli inkişafına verdiyi misilsiz töhfəyə görə "Yenilikçi və İnkişaf Mükafatı" təqdim edilib.
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ