İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropa İttifaqı qaza qiymət tavanı tətbiq etməyə hazırlaşır: Sahə şirkətləri etiraza qalxdı

Avropa İttifaqı yeraltı anbarların doldurulması prosesinin sürətlənəcəyi yay dövründə təbii qaz qiymətinə tavan tətbiq etməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, məlumatı Financial Times yayıb.

Bildirilir ki, bu addım müvəqqəti xarakter daşıyacaq, anbarların əsas hissəsi doldurulduqdan sonra aradan qaldırılacaq.

Qeyd edək ki, qlobal bazar üçün əsas göstəricilərdən biri olan Avropada yeraltı anbarlardakı ehtiyatların səviyyəsi artıq 50 faizdən aşağı düşüb. Avropa Qaz İnfrastruktur Assosiasiyasının(GIE) məlumatına görə, hazırkı göstərici (10 fevral qaz gününün nəticələrinə əsasən 47,89 faiz) əvvəlki beş ilin orta göstəricisindən (56,03 faiz) 8 faiz bəndi aşağıdır. GIE müşahidələrinin tarixində (2011-ci ildən bəri məlumatları ehtiva edir), doqquz il ərzində eyni tarixdə ehtiyatlar daha yüksək, yalnız beş ildə indiki göstəricidən aşağı olub.

Cari mövsümdə qazın belə aktiv istehlakından sonra Avropanın yayda yeraltı qaz anbarlarında ehtiyatlarını artırmaq və onların səviyyəsini istilik mövsümünün başlanmasına qədər tənzimləmə həddinə - 90 faizə çatdırmaq üçün daha çox tədarük tələb olunacaq. Hesab olunur ki, Aİ-nin bu direktivinin (artıq qaz lobbisi tərəfindən fəal şəkildə tənqid olunur) həyata keçirilməsi zərurəti 2025-ci ildə bütün dünyada qiymətlərə ciddi dəstək verəcək.

Temperaturun aşağı düşməsi və külək enerjisi istehsalının azalması fonunda Avropada spot qaz qiymətləri artıq iki ilin ən yüksək səviyyəsinə çatıb. Bu günAvropa TTF mərkəzi üzrə bir günlük ticarət min kubmetr üçün 627 dollar səviyyəsində açılıb.

Financial Times qeyd edir ki, təşəbbüslə bağlı müzakirələr hələ ilkin mərhələdədir, lakin sənaye lobbiçiləri artıq Avropa enerji bazarına inamı sarsıtmağa qarşı xəbərdarlıq edirlər. Qəzet yazır ki, Avropanın enerji birjaları Europex assosiasiyası və AFME maliyyə bazarları lobbisi də daxil olmaqla on bir sənaye qrupundan AK prezidenti Ursula fon der Lyayenə məktub göndərilib. Məktubda bildirilir ki, onu imzalayanlar bu tədbirin “Avropanın enerji bazarlarının sabitliyi və bütün qitədə təchizat təhlükəsizliyi üçün genişmiqyaslı mənfi nəticələrə” səbəb ola biləcəyinə əmindirlər.
Məktub müəllifləri xəbərdarlıq edirlər ki, bu addım Avropa TTF qiymət indeksinə inamı sarsıda və "qlobal qaz ictimaiyyətini əsasən Aİ-dən kənarda olan digər, məhdudiyyətsiz və buna görə də daha çox təmsil olunan istinad qiymətlərinə keçməyə təşviq edə bilər".

Xatırladaq ki, Avropada qiymətlər min kubmetr üçün 3000 dolları ötdükdən sonra Aİ ilk dəfə 2022-ci ildə qazın qiymətin “tavan” tətbiq edib. Tavan min kubmetr üçün təxminən 2000 dollar (meqavat/saat üçün 180 avro) müəyyən edilmişdi, lakin qiymət bir daha bu səviyyəyə yaxınlaşmadı.
Qəzet qeyd edir ki, Aİ ABŞ-dan daha çox mayeləşdirilmiş təbii qaz almasa, qiymət məhdudiyyətlərinin tətbiqi tariflərin tənzimlənməsi sahəsində ABŞ ilə münasibətləri də çətinləşdirə bilər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR