İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ pula qənaət üçün HƏRƏKƏTƏ KEÇDİ

ABŞ administrasiyası Dövlət Departamentinin xərclərini azaltmaq üçün bir sıra konsulluqları bağlamağı düşünür.

Musavat.com xəbər verir ki, bu barədə “NBC News” kanalı məlumat yayıb.

Məlumata görə, ABŞ Avropa, Kanada, Meksika və Sakit okean adalarındakı konsulluqların fəaliyyətini dayandıra bilər.

Kanalın həmsöhbətləri ABŞ prezidenti Donald Trampın konsulluqların siyahısını öyrəndiyini, lakin yekun qərarın hələ verilmədiyini, onların bağlanmasının mümkün vaxtının da məlum olmadığını bildiriblər.

Dövlət Departamentinin rəsmiləri həmçinin konsulluqlarda həyata keçirilə biləcək “digər ölkələrlə hərbi təmaslar və kəşfiyyat məlumatlarının toplanması” kimi hökumət fəaliyyətlərinin əlavə növlərini nəzərdən keçirirlər.

Tramp vəzifəyə gəldikdən sonra dövlət xərclərini kəskin şəkildə azaltmaq üçün proqrama başlayıb. Bunun bir hissəsi olaraq Mərkəzi Kəşfiyyat İdarəsi, FTB, Milli Təhlükəsizlik Agentliyi və bir sıra digər qurumların əməkdaşlarına könüllü istefaya getmək təklif olunub. Məqsəd dövlət aparatında 10% ixtisara nail olmaqdır.

Ağ Ev 40 min dövlət işçisinin istefaya razı olduğunu bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR