İnsanlara hürriyət, millətlərə istiqlal!

"Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər" - İDDİA

“İstisna etmirəm ki, Azərbaycan 1924-cü ilin 9 fevralında yaradılmış Naxçıvan Muxtar Respublikasının statusunu nəzərdən keçirmək planlarına malik olsun.

Bununla da Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiyası üzrə “şimaldan cənuba” prinsipi barədə razılıq əldə edilməsi sülh gündəliyində Bakının diktə və maraqlarını xarici oyunçuların qarşısında önə çıxarır”.

Musavat.com xəbər verir ki, bu fikirləri siyasi təhlilçi Aqşin Kərimov bildirib.

AQSİN.jpeg (208 KB)

O qeyd edib ki, Azərbaycanın sülh gündəmindəki alternativ qələbəsinin əsas aspekti Zəngəzur dəhlizi layihəsinin reallaşması ilə mümkündür:

“Bu baş verdikdə Naxçıvanın muxtar respublika statusu ləğv edilə bilər, təbii ki, onun üçün referendum keçirilməlidir”.

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR