İnsanlara hürriyət, millətlərə istiqlal!

Putin Suriya prezidentinə zəng vurdu – Kreml danışığın detallarını açdı

Rusiya prezidenti Vladimir Putin Suriya Ərəb Respublikasının müvəqqəti prezidenti Əhməd əl-Şaraaya zəng vurub.

Musavat.com Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, telefon danışığı zamanı "Suriyadakı mövcud vəziyyətlə bağlı ətraflı fikir mübadiləsi aparılıb”: “Rusiya tərəfi Suriya dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünü dəstəkləməkdə öz prinsipial mövqeyini vurğulayıb. Bu baxımdan, ölkədə davamlı normallaşma, ölkə əhalisinin və aparıcı etnik siyasi qüvvələrin iştirakı ilə Suriyadaxili dialoqun intensivləşdirilməsinin vacibliyi vurğulanıb. Vladimir Putin Rusiyanın Suriyada sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına, o cümlədən sakinlərinə humanitar yardım göstərməyə davam etməyə hazır olduğunu bildirib”.

Mətbuat xidməti xəbər verir ki, “xüsusən də Rusiya idarələrarası nümayəndə heyətinin Dəməşqdə bu yaxınlarda apardığı danışıqlar nəzərə alınmaqla, ticarət-iqtisadi, təhsil və digər sahələrdə praktiki əməkdaşlığın bir sıra cari məsələlərinə toxunulub”: “İkitərəfli əməkdaşlığın inkişafı üçün geniş gündəliyin hazırlanması üçün bu tip faydalı təmasların davam etdirilməsi razılaşdırılıb”.

Putin Şaaraya “Rusiyanın tarixən dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurduğu Suriya xalqının rifahı naminə ölkənin yeni rəhbərliyinin qarşısında duran problemlərin həllində uğurlar arzulayıb”: “Liderlərin telefon danışığı konstruktiv, işgüzar və mənalı olub”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR