İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada bu da oldu: 77 yaşlı qadına qarşı cinayət işi açıldı-Səbəb

Rusiyanın Petrozavodsk şəhərinin 77 yaşlı təqaüdçü sakini Tatyana Savinkinaya qarşı “Rusiya ordusunun fəaliyyətin gözdən salmaq” üzrə ikinci cinayət işi açılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, qadın sadəcə öz evinin girişində müharibə əleyhinə vərəqələr yapışdırıbmış.

İttiham aktına əsasən, sentyabrın 24-də Savinkina binanın liftinə də “Rusiyaya tabutda qayıdan gənclərin sayı barədə vərəqə” yapışdırıb, həmçinin Ukraynada “çoxlu sayda uşaq və qocanın öldüyünü” və baş verənlərdən utandığını yazıb.

Savinkinaya qarşı ilk cinayət işi sentyabrın 19-da, girişdə asılmış vərəqələrə görə başlanıb. Sonra onun mənzilində axtarış aparılıb.

Bundan əlavə, fevralın sonundan bəri Petrozavodsk məhkəməsi təqaüdçünü Rusiya ordusunun faəiyyətini gözdən salmaq suçundan inzibati maddə ilə artıq dörd dəfə cərimələyib.

Tatyana Savinkina keçmişdə Kareliya Respublikası Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi olub və polis mayoru rütbəsi ilə təqaüdə çıxıb. Sentyabrda o, mətbuata Ukraynadan olduğunu və qohumlarının hələ də orada yaşadığını bildirib. Savinkinanın “Memorial” insan hüquqları cəmiyyətinin Kareliya şöbəsinə kömək etdiyi də məlumdur.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR