İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın Ukrayna ilə sülh üçün şərtləri açıqlandı

Rusiyanın Ukrayna ilə münaqişəsinin həlli üzrə təkliflərinə bu ölkədə seçkilərin keçirilməsi və daha sonra sülh müqaviləsinin imzalanması daxildir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı Moskva tərəfinin təkliflərində (memorandumda) qeyd olunub.

Memorandum Krım, Luqansk, Donetsk, Zaporojya və Xerson vilayətlərinin Rusiyanın bir hissəsi kimi beynəlxalq hüquqi tanınması, Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin və digər hərbiləşdirilmiş birləşmələrin bu ərazilərdən tamamilə çıxarılmasını nəzərdə tutur.

Sənədin üçüncü bölməsində Rusiya 6 min həlak olmuş hərbçinin meyitini Ukrayna tərəfinə təhvil verdikdən dərhal sonra konkret tarixlərlə atəşkəs haqqında Memorandumun imzalanması və gələcək yekun sazişin imzalanması tarixinin müəyyən edilməsi yer alıb.

Bundan sonra 30 günlük atəşkəs elan edilir. Sonra seçkilərin keçirilməsi, Ukrayna ərazisində dövlət orqanlarının formalaşdırılması, ardınca isə müqavilənin imzalanması gəlir. Həmçinin vurğulanır ki, Rusiya ilə Ukrayna arasında sülh müqaviləsi BMT Təhlükəsizlik Şurasının qanuni qüvvəyə malik qətnaməsi ilə təsdiq edilməlidir. Yalnız bundan sonra müqavilənin ratifikasiyası, qüvvəyə minməsi və həyata keçirilməsi gözlənilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR