Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda uşaqların tiktoka girişinin qadağan edilməsi təklif olunur.
Musavat.com xəbər verir ki, bu təkliflə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov "Uşaqların kiber mühitdə müdafiəsi və rəqəmsal təhlükələrə qarşı birgə fəaliyyət" mövzusunda keçirilən dəyirmi masada çıxış edib.
Onun sözlərinə görə, Azərbaycanda uşaqların süni intellektlə bağlı müdafiə mexanizmlərinin gücləndirilməsi haqqında fəaliyyət planı qəbul edilməlidir:
"Fransa, Böyük Britaniya və s. ölkələr artıq bu planı qəbul edib. Eyni zamanda bəzi ölkələrdə uşaqların tiktoka girişi qadağan edilib. Bizdə də bu istiqamətdə addım atılmalıdır".
Musavat.com
06 Iyun 2025
05 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ