İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hörümçək toru” BELƏ BAŞLAYIB: Görüntülər yayıldı - VİDEO

Ukrayna Təhlükəsizlik Xidməti (UTX) tərəfindən Rusiyanın arxa cəbhə aviabazalarında yerləşən strateji bombardmançıların məhv edilməsi məqsədilə həyata keçirilən “Hörümçək toru” adlı xüsusi əməliyyatın necə başladığını əks etdirən video yayılıb.

Musavat.com xəbər verir ki, bu görüntüləri UNİAN agentliyinə Ukrayna Təhlükəsizlik Xidmətindəki mənbələr təqdim edib.

“Pautina” (“Hörümçək toru”) belə başlayıb", – deyə mənbə videonu şərh edib.

Kadrlarda modul tipli taxta evlərlə yüklənmiş yük maşınlarından birinin yola çıxdığı görünür.

“Hörümçək toru” əməliyyatı

Xatırladaq ki, iyunun 1-də Ukrayna Təhlükəsizlik Xidməti Rusiya arxa cəbhəsində bombardmançı aviasiyanın məhv edilməsi məqsədilə genişmiqyaslı xüsusi əməliyyat həyata keçirib. “Pautina” adlanan bu unikal əməliyyatın hazırlanması bir ildən çox vaxt alıb.

Əməliyyatın gedişatını şəxsən Ukrayna prezidenti Volodimir Zelenski nəzarət edib. Əməliyyatın icrası isə UTX-nin rəhbəri Vasili Malyuk və Xidmətin kollektivi tərəfindən yerinə yetirilib.

UTX əməliyyatı Rusiyanın dörd hərbi aerodromuna qarşı həyata keçirib: "Belaya", "Dyaqilevo", "Olenya" və "İvanovo". Dron hücumu nəticəsində Rusiyaya məxsus 41 strateji təyyarə məhv edilib.

Vasili Malyukun sözlərinə görə, əməliyyat üç fərqli saat qurşağında eyni anda həyata keçirilib və logistika baxımından son dərəcə mürəkkəb olub.

İqbal RZAYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Iyun 2025

05 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR